Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - "Gecənin döyüşü" seçildi
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev ABŞ-nin Sietl şəhərində keçirilən UFC turnirində növbəti parlaq zəfərini qazanıb.
Operativ Media xəbər verir ki, çilili İqnasio Bahamondeslə üz-üzə gələn təmsilçimiz üç raundluq gərgin mübarizənin sonunda inamlı qələbəyə imza ataraq azarkeşləri sevindirib.
Döyüşün gedişatına tam nəzarət edən Musayev, rəqibinin boy və məsafə üstünlüyünü heçə sayaraq oktaqonda əsl dominantlıq nümayiş etdirib. Statistik göstəricilər də idmançımızın aşkar üstünlüyünü təsdiqləyir: Tofiq endirdiyi 145 zərbədən 82-ni hədəfə dəqiq çatdırdığı halda, rəqibində bu rəqəm 52-də qalıb. Xüsusilə parterdə 7 dəqiqədən çox üstünlük quran və 3 uğurlu teykdaun edən Musayev, çilili döyüşçünü çıxılmaz vəziyyətə salıb.
Qeyd edək ki, möhtəşəm döyüşdən sonra İqnasio Bahamondes və Tofiq Musayev "Gecənin döyüşü" (FOTN) mükafatına layiq görülüblər.