Leysanda yoxa çıxan maşın nömrələri - Niyə dublikat verilmir? - VİDEO
Leysan yağışlarından sonra küçə və prospektlərdə yalnız avtomobillər yox, onların dövlət qeydiyyat nişanları da suda qalıb. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq göstərir.
Operativ Media xəbər verir ki, bəzi sürücülər nömrələrinin tapılması üçün elan verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur qalır.
Çünki qüvvədə olan qaydaya görə, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi mümkün deyil.
Dövlət qeydiyyat nişanı tapılmırsa, o halda sürücünü daha uzun prosedur gözləyir. Bu zaman nəqliyyat vasitəsi üçün yeni qeydiyyat nişanı alınmalı, bununla yanaşı texniki pasport da dəyişdirilməlidir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu məsələni tənzimləyən mövcud qaydalar həm vaxt itkisinə, həm də əlavə maliyyə yükünə səbəb olur.
Daha ətraflı videomaterialda: