Menyu

Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB

Operativ Media
Rasim Balayevlə vida mərasimi başa çatıb - YENİLƏNİB

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimi başa çatıb.

Operativ Media xəbər verir ki, vida mərasimində baş nazir Əli Əsədov, fövqəladə hallar naziri Kəmallədin Heydərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq şairi Ramiz Rövşən, Xalq artisti Fəxrəddin Manafov, bir çox mədəniyyət xadimləri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Rasim Balayev l Fəxri xiyabanda dəfn ediləcək.

12:00

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Operativ Media xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.

Əlaqəli Xəbərlər