Tramp: ABŞ-nin İrana qarşı əməliyyatının əsas məqsədlərinə nail olunmaq üzrədir
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı həyata keçirilən əməliyyatda əsas hədəflərə çatmağa yaxın olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o, bu haqsa Ağ Evdən xalqa müraciəti zamanı deyib.
"Silahlı qüvvələrimiz özünü müstəsna dərəcədə yaxşı tərəfdən göstərdi. Hərbi baxımdan indiyədək buna bənzər heç bir hadisə baş verməyib – bunu hamı təsdiqləyir. Bu axşam məmnuniyyətlə bildirmək istəyirəm ki, biz qarşıya qoyulan əsas strateji məqsədlərə nail olmağa çox yaxınıq", - deyə o qeyd edib.