FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB 2
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
***
13:46
Xəzər dənizində qeydə alınan zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
Bu barədə Operativ Media-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Məlumata görə, yeraltı təkan 70 km dərinlikdə baş verib.
***
13:16
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 35 km dərinlikdə qeydə alınıb.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.