Menyu

Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub

Operativ Media
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.

Operativ Media xəbər verir ki, Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Əlaqəli Xəbərlər