Menyu

Laçın kanat yolunun inşası bu ilin sonunadək tamamlanacaq

Şəfa Hüseynli
Laçın kanat yolunun inşası bu ilin sonunadək tamamlanacaq

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.

Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.


Əlaqəli Xəbərlər