Menyu

Metrodakı nasazlıqla bağlı yeni AÇIQLAMA

Ayşən Sadıxzadə
Metrodakı nasazlıqla bağlı yeni AÇIQLAMA

Apelin 21-də Bakı metrosunun “Ulduz”-“Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranması hadisəsi öz unikalığı ilə seçilir və son illərdə belə bir hal qeydə alınmayıb. 

Operativ Media xəbər verir ki, bu sözləri “Baku Tv” efirində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropolitendə hər gecə mütləq qaydada bütün xətlər və təsərrüfat yoxlanılır:

"Hətta hadisə baş verən gün də sistem bir saat əvvəl tam hazır vəziyyətdə olub və yoxlamalar davam edib. Yoxlamalar çərçivəsində yol, qatar, elektrik enerjisi və ventilyasiya sistemləri yenidən yoxlanılıb və təxminən bir saatlıq prosesdən sonra işçi heyəti xəttə daxil olub.

Hadisə baş verən gecə elektrik yarımstansiyası və ümumi sistem də xüsusi qaydada yoxlanılıb. Səhər saatlarında metro artıq normal iş rejiminə yaxın vəziyyətdə olub və cari baxış zamanı ciddi nöqsan aşkar edilməyib.

Lakin hadisənin texniki səbəbləri ilə bağlı bunun avadanlıq nasazlığı, texnoloji proses, yoxsa insan faktoru ilə bağlı olub-olmaması araşdırmalar tamamlandıqdan sonra dəqiq nəticə açıqlanacaq.

Dizel generatorlarla bağlı isə izah edilir ki, onların funksiyası xarici elektrik enerjisi kəsildiyi halda sistemi təmin etməkdir. Lakin bu hadisədə problem tunel daxilindəki elektrik xəttində baş verdiyi üçün generatorun qoşulması belə problemi aradan qaldıra bilməzdi. Çünki nasazlıq birbaşa daxili xətdə olduğu halda alternativ enerji mənbəyi effektiv olmur.

Texniki məsələlər araşdırıldıqdan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək".

Əlaqəli Xəbərlər