Menyu

XİN: Ermənistanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik

Operativ Media
XİN: Ermənistanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik

Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin yaydığı bəyanatda deyilir.

"Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Əlaqəli Xəbərlər