Menyu

Azərbaycan millisi 6 qat Avropa çempionu oldu

Operativ Media
Azərbaycan millisi 6 qat Avropa çempionu oldu

Azərbaycan sərbəst güləş millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının qalibi olub. 

Operativ Media xəbər verir ki, Xetaq Qazyumovun baş məşqçi olduğu kollektiv yarışı 152 xalla 1-ci pillədə başa vurub. 

Gürcüstan 94 xalla 2-ci, Ermənistan 73 xalla 3-cü yeri tutub. 

Azərbaycan sərbəst güləş millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl, Turan Bayramov (74 kq) və Arseni Cioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) bürünc medala yiyələnib. 

Bu, 6-cı Avropa çempionluğu olub. Daha əvvəl 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə analoji nailiyyət əldə edilib.

Əlaqəli Xəbərlər