"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEO
Operativ Media
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir.
Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur.
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub.
Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.
Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.