"Həzi Aslanov" stansiyasında işlər nə vaxt bitəcək?
“Həzi Aslanov stansiyası”nın dalan hissəsində aparılan təmir işləri bu ilin sentyabr ayında yekunlaşacaq.
Bu barədə Operativ Media-ya açıqlama verən “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, işlər tamamlandıqdan sonra stansiya əvvəlki kimi normal fəaliyyətini bərpa edəcək.
Onun sözlərinə görə, qatarların hərəkəti də həmin istiqamətdə bərpa olunacaq və gediş-gəliş əvvəlki qaydada təmin ediləcək.
Qurum rəsmisi qeyd edib ki, sentyabr ayında təmir işləri tam yekunlaşacaq.
Eyni zamanda vurğulanıb ki, “Həzi Aslanov-2” stansiyasının inşası dövründə mövcud "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurna işləri aparılacaq. Gələcək mərhələdə yenidənqurma işlərinə başlanılacağı zaman ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu çərçivədə işlərin necə, kim tərəfindən və hansı mərhələlərlə aparılacağı açıqlanacaq.