Menyu

WUF13 iştirakçı sayına görə rekord göstəriciyə çatıb

Operativ Media
WUF13 iştirakçı sayına görə rekord göstəriciyə çatıb

Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) olan maraq indiyə qədər keçirilən bütün analoji tədbirləri geridə qoyub.

Operativ Media xəbər verir ki, statistikaya əsasən, bu platformaya ən böyük maraq məhz Azərbaycanda qeydə alınıb.

Belə ki, Polşada keçirilən WUF11-də 158 ölkədən 17 min, Misirdəki WUF12-də isə 182 ölkədən 25 min iştirakçı qeydiyyatdan keçmişdisə, Bakıdakı WUF13 üçün artıq 180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Qeyd edək ki, tədbir 17 may - 22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xatırladaq ki, forumda iştirak etmək istəyənlər üçün qeydiyyat 15 mayda başa çatacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər