Menyu

Zamiq Əliyevli "Eqnatiya" Albaniya çempionu oldu

Operativ Media
Zamiq Əliyevli "Eqnatiya" Albaniya çempionu oldu

Azərbaycanlı millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.

Operativ Media xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.

Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsümdür çempion olur. Zamiq son iki çempionluğun iştirakçısıdır.

Əlaqəli Xəbərlər