Menyu

XİN: Azov dənizindəki hücumda zərər çəkən 19 Azərbaycan vətəndaşı ölkəyə qaytarılır, iki nəfərin nəşi tapılıb

Operativ Media
XİN: Azov dənizindəki hücumda zərər çəkən 19 Azərbaycan vətəndaşı ölkəyə qaytarılır, iki nəfərin nəşi tapılıb

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir. 

XİN-dən Operativ Media-ya verilən məlumata görə, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. 

Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər