Menyu

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - YENİLƏNİB

Operativ Media
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - YENİLƏNİB

Rəsmi Tokio Azərbaycanın turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin görüşünə dair məlumatında bildirilib.

Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

***
15:02

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov yaponiyalı həmkarı yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.

Ceyhun Bayramov bu təşəbbüsü səyahətlərin asanlaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, turizmin təşviqi və iki ölkə xalqları arasında münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər