Menyu

Bakı-Tbilisi qatarlarına biletlər minimal qiymətlərlə satılır – ADY rəsmisi

Operativ Media
Bakı-Tbilisi qatarlarına biletlər minimal qiymətlərlə satılır – ADY rəsmisi

Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin qiymətlərində ciddi endirimlə bağlı müzakirələr aparılmır.

Operativ Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətə biletlər minimal qiymətlərlə satışa təqdim olunub.

A.Fərəcov qeyd edib ki, köhnə tipli qatarların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və təhlükə yoxdur: "Bu, texniki istismar qaydalarına uyğundur və qoşulan vaqonlar həmin qatarın sürəti ilə və funksionallığı ilə hərəkət edəcəklər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər