Menyu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatında B Liqasının qalibi oldu

Operativ Media
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatında B Liqasının qalibi oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) B Liqasının final oyununda Latviya yığmasını məğlub edib.  

Operativ Media xəbər verir ki, həlledici qarşılaşmada rəqibinə 4:0 hesabı ilə qalib gələn millimiz turnirin qalibi adını qazanıb. "Beach Soccer Arena"da baş tutan oyunda Zeynal Zeynalovun baş məşqçilik etdiyi kollektiv matç boyu üstün tərəf olub.  

​Qeyd edək ki, çimərlik futbolçularımız bu qələbə ilə həm də qrup mərhələsində latviyalılara qarşı keçirilən ilk oyundakı 2:3 hesablı məğlubiyyətin qisasını alıblar. Hər iki komanda finala yüksəlməklə növbəti mövsüm üçün Avropa çempionatının güclülər dəstəsinə – A Liqasına vəsiqəni öncədən rəsmiləşdirmişdi. Millimiz yarımfinal mərhələsində Norveç seçməsini 6:1 hesabı ilə üstələyərək finala adlamışdı.  

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər