Menyu

Bakıda mənzilini yandıran şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

Operativ Media
Bakıda mənzilini yandıran şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.

Operativ Media APA-ya istinadə xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.

Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.

Qeyd edək ki, hadisə dünən gecə saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Hadisəni törədən şəxs yüngül xəsarət alıb və təcili yardım əməkdaşlarının ilkin tibbi yardım göstərməsindən sonra ərazidən uzaqlaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər