Kuba ABŞ ilə təmasları davam etdirəcək
Kuba hakimiyyəti danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, ABŞ hökuməti ilə təmasları davam etdirmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya mətbuat konfransında bildirib.
Mətbuat konfransı ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə blokadasının mənfi təsirləri barədə BMT Baş Assambleyasına təqdim ediləcək hesabatın təqdimatına həsr olunub.
“Danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, təmasları davam etdirmək niyyətindəyik”, – nazir bildirib.
Rodriges Parrilyanın sözlərinə görə, tərəflər arasında danışıqlar keçirilib və Vaşinqtonla əlaqələr davam edir. Bununla belə, Kuba XİN rəhbəri irəliləyişin olmamasını ABŞ tərəfinin siyasi iradə nümayiş etdirməməsi ilə əlaqələndirib.
Nazir Kubanın qarşılıqlı hörmət və ölkənin daxili işlərinə qarışmamaq prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. O, indiyədək keçirilən danışıqların hətta dəqiq müəyyən edilmiş gündəliyinin olmadığını da qeyd edib.
dəqiqələr içində saytın olsun.