Menyu

Şahin Əliyev: Azərbaycan elektron hökumətin inkişafı üzrə qabaqcıl ölkələrdən biridir

Operativ Media
Şahin Əliyev: Azərbaycan elektron hökumətin inkişafı üzrə qabaqcıl ölkələrdən biridir

Azərbaycan elektron hökumətin inkişafı üzrə qabaqcıl ölkələr sırasında yer alır.

Operativ Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW 2026) ikinci günündə keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə son hesabatda 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb və ilk dəfə “Çox Yüksək EGDI” kateqoriyasına daxil olub.

Şahin Əliyev bildirib ki, qarşıdakı illərdə Azərbaycanın dünyanın ilk 30 ölkəsi sırasına daxil olması hədəflənir.

“Bu səbəbdən, rəqəmsal transformasiya üçün hərtərəfli çərçivəmiz mövcuddur. Bunlardan biri ölkədə rəqəmsal transformasiyanın bütün aspektlərini əhatə edən rəqəmsal inkişaf konsepsiyasıdır”, - deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, rəqəmsal ekosistemin inkişafı üçün ilk növbədə müasir şəbəkə və infrastrukturun yaradılması vacibdir.

“İnfrastruktur olmadan ekosistemi əlaqələndirə bilmərik. Buna görə də təməl təbəqə şəbəkə və infrastrukturdur. İnsan kapitalı da vacibdir. İT mütəxəssislərinin sayının artırılması, həmçinin vətəndaşların rəqəmsal savadlılığının yüksəldilməsinə yönəlmiş geniş layihələrimiz var”, - Ş. Əliyev bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər