Menyu

Rəşad Məcid: Məktəbli forması ilə bağlı qərar hicab qadağası deyil

Operativ Media
Rəşad Məcid: Məktəbli forması ilə bağlı qərar hicab qadağası deyil
1 dəq oxu

Orta məktəblərdə vahid geyim qaydaları ətrafında aparılan müzakirələr dünyəvi təhsilin prinsipləri və cəmiyyətin gələcəyi baxımından diqqətlə dəyərləndirilməlidir.

Operativ Media  xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı-publisist Rəşad Məcid bildirib.

O qeyd edib ki, orta məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı məsələ yoxdur, müzakirələrin əsas mövzusu vahid məktəbli geyimi qaydalarıdır.

R.Məcidin fikrincə, vahid məktəbli geyimi qərarının bu qədər geniş müzakirələrə səbəb olması müəyyən suallar yaradır. O, dünyəvi təhsil və sekulyar dövlət prinsiplərinə qarşı mümkün təsirlərlə bağlı narahatlığını ifadə edib.

“Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan!” – deyə R.Məcid bildirib.

O, Azərbaycanın maarifpərvər ziyalılarının cəhalət və xurafata qarşı mübarizəsini xatırladaraq, dünyəvi dövlət tərəfdarlarını müzakirələrdə daha fəal iştirak etməyə çağırıb.

R.Məcidin sözlərinə görə, aydın düşüncəli ziyalılar ölkənin gələcəyi naminə mövqelərini açıq ifadə etməli, müzakirələrə qoşulmalı və əsaslandırılmış fikirlər səsləndirməlidirlər.

Əlaqəli Xəbərlər