Menyu

Azərbaycanda sosialyönlü xərclər 14,9 faiz artıb

Operativ Media
Azərbaycanda sosialyönlü xərclər 14,9 faiz artıb
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə 12 milyard 643 milyon manat vəsait yönəldilib.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin icrasına dair operativ məlumatında bildirilib.

Qeyd olunub ki, sosialyönlü xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və ya 14,9 faiz artıb.

Sosialyönlü xərclərə əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və tibbi ləvazimatların alınması, eləcə də icbari tibbi sığorta üzrə xərclər daxildir.

Əlaqəli Xəbərlər