Menyu

Yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərin bərpasına 1,76 milyard manat xərclənib

Operativ Media
Yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərin bərpasına 1,76 milyard manat xərclənib
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 761,4 milyon manat vəsait sərf olunub.

Operativ Media xəbər verir ki, bu barədə dövlət və icmal büdcələrinin icrasına dair operativ məlumatda qeyd edilib.

Məlumata görə, ayrılan vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat və kommunal infrastrukturun tikintisi və yenidən qurulmasına yönəldilib.

Təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial layihələrin maliyyələşdirilməsinə 692,5 milyon manat, müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmirinə isə 177,1 milyon manat xərclənib.

Əlaqəli Xəbərlər