Menyu

İlin 9 ayında dövlət büdcəsinin gəlirləri proqnozu 787,4 milyon manat üstələyib

Operativ Media
İlin 9 ayında dövlət büdcəsinin gəlirləri proqnozu 787,4 milyon manat üstələyib
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin icrasına dair operativ məlumatında bildirilib.

Məlumata görə, büdcə gəlirləri 28 milyard 524,4 milyon manatlıq proqnoza qarşı 29 milyard 311,8 milyon manat və ya 787,4 milyon manat çox icra edilib. Bu, proqnozdan 2,8 faiz artıqdır.

Dövlət Neft Fondundan transfert nəzərə alınmadan büdcə gəlirləri 19 milyard 683,8 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz artıb.

Əlaqəli Xəbərlər