PSJ Desire Due ilə müqaviləni uzatmağa yaxındır
PSJ hücumçu Desire Due ilə yeni müqavilə imzalamaq üçün danışıqları uğurla davam etdirir. Bu isə “Arsenal”, “Çelsi” və “Mançester Siti”nin fransalı futbolçunu transfer etmək imkanlarını məhdudlaşdırır.
Operativ Media TEAMtalk nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilənin uzadılması istiqamətində danışıqlar irəliləyir. Paris klubu Due ilə əməkdaşlığı uzun müddət davam etdirmək niyyətindədir. Razılaşma hələ rəsmiləşməsə də, PSJ gənc hücumçunu komandada saxlamaqda qərarlıdır.
Due ilə hazırkı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. O, 2026/27 mövsümündə keçirdiyi 12 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqası klubları hücum xəttini gücləndirmək məqsədilə futbolçunun vəziyyətini izləyib. Lakin fransalı oyunçunun Parisdən ayrılmaq istəmədiyi və gələcəyini PSJ ilə bağlamağa hazır olduğu bildirilib.
Almaniyanın “Bavariya” klubu da Due ilə maraqlanır. Münhen təmsilçisi 2024-cü ildə futbolçu “Renn”dən PSJ-yə keçərkən onu transfer edə bilməyib.
Transfermarkt portalı 21 yaşlı hücumçunun bazar dəyərini 120 milyon avro qiymətləndirir.