Menyu

Dövlət büdcəsinin xərcləri 25,3 milyard manat olub

Operativ Media
Dövlət büdcəsinin xərcləri 25,3 milyard manat olub
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrinin icrasına dair operativ məlumatında bildirilib.

Məlumata görə, büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat və ya 2,8 faiz artıb.

Hesabat dövründə xərclərin 16 milyard 613,7 milyon manatı cari xərclərə, 7 milyard 284,7 milyon manatı əsaslı xərclərə, 1 milyard 449,8 milyon manatı isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

Əlaqəli Xəbərlər