Menyu

2027-ci ildə xəstəlik müavinətinin orta gündəlik məbləği 53,50 manat olacaq

Operativ Media
2027-ci ildə xəstəlik müavinətinin orta gündəlik məbləği 53,50 manat olacaq
1 dəq oxu

Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına düşən orta müavinət məbləği 1262,07 manat təşkil edəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumat 2027-ci il üzrə Büdcə Zərfində əksini tapıb.

Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına orta müavinət məbləği 2025-ci ildə 1022,36 manat, 2026-cı ildə isə 1198,55 manat olub. 2027-ci il üçün bu göstəricinin 1262,07 manat olacağı proqnozlaşdırılır.

Fondun izahatında qeyd olunub ki, bu müavinət hüququndan istifadə edən şəxslərə düşən günlərin orta sayı 23,6 gün təşkil edir.

Bir nəfərə düşən orta günlük müavinət məbləği 2025-ci ildə 43,34 manat, 2026-cı ildə 50,80 manat, 2027-ci ildə isə 53,50 manat olacaq.

Beləliklə, orta günlük müavinət məbləğinin 2026-cı ildə əvvəlki illə müqayisədə 17,2 faiz, 2027-ci ildə isə 2026-cı illə müqayisədə 5,3 faiz artacağı gözlənilir.

Əlaqəli Xəbərlər