06 İyun 2023, 10:39
BDYPİ: Qonşu ölkələrə nisbətdə Azərbaycanda cərimələr elə də sərt deyil
BDYPİ: Qonşu ölkələrə nisbətdə Azərbaycanda cərimələr elə də sərt deyil şəkil
BDYPİ: Qonşu ölkələrə nisbətdə Azərbaycanda cərimələr elə də sərt deyil

“Cəmiyyət müzakirələri əsasən qaydaları pozmamaq ətrafında aparılmalıdır. Qayda pozuntusunun necə aşkar edilməsi müzakirə olunmamalır".

Bunu “Operativ Media”ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

Sosial şəbəkələrdə cərimələrin məbləğinin artırılmasının daha çox cərimə yazılması ilə əlaqələndirən istifadəçilər var. Bəzi istifadəçilər düşünür ki, bu polisin xüsusilə magistral yollarda gizli patrul xidmətinin fəaliyyətini artıracaq. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Araz Əsgərli bildirib ki, hər bir adam özünə bir sual verməlidir ki, niyə qaydaları pozur? Bu qaydaları pozanları aşkarlayan Yol Polisi hər hansısa bir yerdə gizli xidmət aparmır. Aparılan xidmətlərin hər biri yollardadır. Yollardakı gizli yerlər deyil.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektorunun sözlərinə görə, yolda bəlli nişanlar var. “Hərkəs bilir ki, sürət həddi nə qədərdir. İstər stasionar quraşdırılan radarlar, istər xüsusi texniki vasitələr, istərsə də ay patrul sistemi olsun, hamısının məqsədi odur ki, sürət həddi aşılmasın və qəzalar olmasın. Qayda pozmamısına qarşı polisin harada dayanmasının nə fərqi var?” deyə qurum rəsmisi qeyd edib.

Araz Əsgərli cərimə məbləğinin artırılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, qonşu ölkələrə nisbətdə Azərbaycanda cərimələr elə də sərt deyil. “Gəlin baxaq hansı cərimələr artıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdıqda, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə.  Baxın bunların hamısı qəzanın qaçınılmaz edildiyi qayda pozuntularıdır. Qonşu ölkələrdə bu qaydaları pozmağa görə sürücü nəinki cərimə ödəyir, hətta sürücülük hüququndan məhrum edilir.”- deyə qurum rəsmisi bildirib.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb