
Taxıl biçininə hazırlıq işləri başa çatıb. Bu il 1 milyon hektardan çox taxıl sahəsi əkilib.
“Operativ Media” xəbər verir ki, əkinin 600 mindən çoxu buğda, 4 min hektara yaxını isə arpa sahəsidir. Bu il biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunmasını Dövlət Aqrar İnkişaf Mərkəzləri həyat keçirir. “Aqroservis” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə hava şəraitindən asılı olaraq bu il biçin gec başlayıb. İyunun ayının 2-dək 24 rayonda 21 min hektar sahədə arpa biçilib, 48 min tondan çox məhsul götürülüb. Biçinə cəlb edilən 2 minə yaxın kombayndan 670-i “Aqroservis” ASC-nin balansında olan texnikalardır.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, plana əsasən ilk olaraq arpa sahələrinin və aran rayonlarında olan sahələrin biçini həyata keçiriləcək. Sonrakı mərhələdə dağətəyi və dağlıq rayonlarda biçin olacaq.