Azərbaycan - Özbəkistan birgə müəssisəsi Azting MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Şirkət tərəfindən aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək", - məlumatda qeyd edilib.