http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə ƏDV hansı halda qaytarılır?

08 İyun 2023 , 14:29
Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə ƏDV hansı halda qaytarılır?

Satmaq öhdəliyi ilə kirayəyə verilən mənzilə görə ƏDV hansı halda qaytarılır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Məlumatda bildirilir ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilib. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR
Bu halda ipotekaya xitam veriləcək

Bu halda ipotekaya xitam veriləcək

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidləri cəlb edilməyəcək

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidləri cəlb edilməyəcək

Bakıda kafedə iki nəfərin qətli ilə bağlı tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda kafedə iki nəfərin qətli ilə bağlı tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib

XƏBƏR LENTİ
  • 14:39

    XİN: Rusiya Avropa ölkələrinə hücum etməyi planlaşdırmır
  • 14:34

    "Beşiktaş"ın baş məşqçi namizədləri arasında Qurban Qurbanov da var
  • 14:30

    Lavrov: Rusiya Ermənistanı müttəfiq hesab edir
  • 14:05

    Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək
  • 13:54

    Milli Məclisin növbəti iclası aprelin 23-də keçiriləcək
  • 13:49

    Türkiyə XİN İran və İsraili gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb
  • 13:44

    Hakan Fidan Niderlandın Baş naziri ilə görüşüb
  • 13:41

    Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
Menyu