Menyu

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"-ya  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 025, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 634, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 189, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 245 təşkil edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər