Sahibkarlığın İnkişafı Fondu daha bir layihəyə güzəştli kredit ayırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
"Sahibkarların güzəştli maliyyə mexanizmlərindən yararlanması çərçivəsində biznes təmsilçisi Amil Hüseynova balıqçılığın inkişafı layihəsi üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 150 min manat güzəştli kredit verilib", - nazir qeyd edib.