12 İyun 2023, 11:07
Bakı-Sumqayıt-Bakı qatarına kağız biletlərin satışı dayandırılır
Bakı-Sumqayıt-Bakı qatarına kağız biletlərin satışı dayandırılır şəkil
Bakı-Sumqayıt-Bakı qatarına kağız biletlərin satışı dayandırılır

İyulun 1-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara (Bakı-Sumqayıt-Bakı) kağız biletlərin satışını dayandıracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, məqsəd rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək olar. Kartın qiyməti 2 manatdır.

Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.

Son xəbərlər
Türkiyə Prezidenti Avropa Komissiyasının sədri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan İtaliyanın Baş naziri ilə telefon danışığı aparıb
Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
"Qarabağ" İsveçə yollandı - FOTOLAR
On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub
XİN: Suriyada baş verən prosesləri izləyirik
MN: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır