12 İyun 2023, 11:08
Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək
Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək şəkil
Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək

Azərbaycanda taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək.

"Operativ Media" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 326-2-ci maddə (Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə) əlavə olunur.

Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni:

- "Fərdi məlumatlar haqqında" qanuna uygun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatlanın mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;

- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək.

Son xəbərlər
Türkiyə Prezidenti Avropa Komissiyasının sədri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan İtaliyanın Baş naziri ilə telefon danışığı aparıb
Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
"Qarabağ" İsveçə yollandı - FOTOLAR
On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub
XİN: Suriyada baş verən prosesləri izləyirik
MN: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır