http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar

13 İyun 2023 , 09:00
Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar

Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayon sakinləri Anar Babayev və onun qohumu olan qadın saxlanılıb. Onlar aqrotexniki üsulla narkotik tərkibli bitkiləri yetişdirməkdə şübhəli olduqlarına görə, yaşadıqları ünvanlara baxış keçirilib. Baxış zamanı, ümumulikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.  Bundan başqa keçirilən digər əməliyyat tədbiri ilə eyni əmələ görə şübhəli olan rayon sakini Səbuhi Vəliyev də saxlanılıb. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarına əsasən A.Babayev və S.Vəliyev barəsində həbs, A.Babayevin qohumu barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
Menyu