14 İyun 2023, 09:14
Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb şəkil
Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığ Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı İ.Hüseynovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi müəyyən olunub. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar