“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.
"Operativ Media" xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil: “Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuat xidməti 7/24 rejimdə fəaliyyət göstərir.
“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.
Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”.