16 İyun 2023, 09:16
Yasamalda yataqxanada baş verən yanğına görə 52 nəfər təxliyə edilib
Yasamalda yataqxanada baş verən yanğına görə 52 nəfər təxliyə edilib şəkil
Yasamalda yataqxanada baş verən yanğına görə 52 nəfər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərində ümumi sahəsi 170 m² olan birmərtəbəli mansarda tipli tikilinin (çörək bişirmə sexi kimi fəaliyyət göstərir) mansardasında 1 ədəd soyuducu və dam örtüyü 3 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
"İnter"ə Hakan Çalhanoğlunun transferi üçün heç bir təklif gəlməyib
BMT Qəzzada dərhal atəşkəs tələb edən qətnaməni təsdiqləyib
Azərbaycan nefti bahalaşıb
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub