17 İyun 2023, 11:46
Binəqədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı şəhər sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib.
"Operativ Media" xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.