Nazir: Həkim olmaq istəyən 100 abituriyentdən 91-nin təhsil haqqı dövlət tərəfindən qarşılanır

Fərrux Qocamanlı
Nazir: Həkim olmaq istəyən 100 abituriyentdən 91-nin təhsil haqqı dövlət tərəfindən qarşılanır

Son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Burada bir neçə prinsip önəmlidir. Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır. Proqnoz yerlərə olan nisbətdə tibb ixtisaslarına münasibətdə 91 faiz yerlər dövlət sifarişi əsasında maliyyələşir. Yəni həkim olmaq istəyən 100 abituriyentdən 91-nin təhsil haqqı dövlət tərəfindən qarşılanır.

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunda deyib.

"Digər məsələ tibb təhsilinin əhatəliliyidir. Son dövrlərdə bu istiqamətdə bir sıra işlər görülüb. Biz təkcə paytaxtda deyil, regionlarda da ali təhsil müəssisələrində tibb fakültələrinin açılması istiqamətində mərhələli, yəni keyfiyyəti qurban vermədən fəaliyyətimizi davam etdirməliyik. Bu, həm tibb təhsilinə, həm də universitetin inkişafına qarşılıqlı töhfə verir", - deyə nazir bildirib.

Digər xəbərlər