Şəxsi istifadə üçün gətirilən dərmanlar yeni qayda ilə gətiriləcək
Azərbaycana şəxsi istifadə üçün dərmanın gətirilməsi ilə bağlı yeni qayda müəyyən edilir.
"Operativ Media" nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrini, həmçinin bu Qanunun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net