20 İyun 2023, 12:56
Qərbi Azərbaycan İcmasının bəyannaməsi AŞPA-nın rəsmi sənədi kimi dərc olunub
Qərbi Azərbaycan İcmasının bəyannaməsi AŞPA-nın rəsmi sənədi kimi dərc olunub şəkil
Qərbi Azərbaycan İcmasının bəyannaməsi AŞPA-nın rəsmi sənədi kimi dərc olunub

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.

İcmadan "Operativ Media" ya verilən xəbərə görə, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, Italiya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır.

Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.

Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.

Son xəbərlər
“Radez” MMC gömrük qaydalarını pozduğu üçün cərimələnib
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
İlham Əliyev: Bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvaram
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Nobel mükafatı laureatlara təqdim edilib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10.Dekabr.2024, 17:18
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan II Liqası: "Qusar" səfərdə, "Hypers Guba" evdə qalib gəldi
Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib
Vəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib
Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə edilib - SƏRƏNCAM