Elm və təhsil naziri: Məktəbəqədər hazırlıqlara gedənlə getməyən uşaq arasında böyük fərq var

Nərmin Qocamanlı
Elm və təhsil naziri: Məktəbəqədər hazırlıqlara gedənlə getməyən uşaq arasında böyük fərq var

Təhsil prosesi mexaniki proses deyil, ciddi psixoloji inkişaf prosesidir. Təhsilin məqsədi yekunda kamil insan yaratmaqdır.

"Operativ Media"nın xəbərinə görə, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsinin "Yerin dərinliyindən beyin dərinliyinə köç" paneli çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanın inkişafını şərtləndirən əsas amillər ailə və təhsil mühitidir. Erkən yaş inkişafı insanın formallaşmasında vacib rol oynayır. Bu inkişafın əsas fundamenti 3 yaşınadək qoyulur. Məktəbəqədər hazırlıqlara gedənlə getməyən uşaq arasında böyük fərq var. Bundan başqa valideynlərarası münasibətlər, valideynlərin elmə, kitab oxumağa olan marağı da uşaqların inkişafında mühüm rol oynayır.

Digər xəbərlər