DİM sədri: Liseylərlə orta məktəblər arasında 50-70 bal fərq olur

Nərmin Qocamanlı
DİM sədri: Liseylərlə orta məktəblər arasında 50-70 bal fərq olur

"Liseylərlə orta məktəblər arasında 50-70 bal fərq olur. Düzgün tədris forması özünü göstərir. "

"Operativ Media" xəbər verir ki, bunu bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Biz buraxılış imtahanları təşkil edirik. Hansı ki məktəblər var ki, orda oxumaq üçün imtahan lazımdı. İmtahan verib şagirdlər o məktəblərdə oxuyurlar. Buraxılış imtahanlarında görürük ki, nəticə fərqi var. Ona görə də tədrisin əvvəlində də , sonunda da imtahan lazımdır.

Digər xəbərlər