23 İyun 2023, 14:06
Nisyə mal alqı-satqısı ilə məşğul olanlar üçün yeni qaydalar müəyyənləşib
Nisyə mal alqı-satqısı ilə məşğul olanlar üçün yeni qaydalar müəyyənləşib şəkil
Nisyə mal alqı-satqısı ilə məşğul olanlar üçün yeni qaydalar müəyyənləşib

Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.

"Operativ Media" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 23-də keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.

Bu tələb qəbul ediləcəyi təqdirə Qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr edib - FOTO
Türkiyə MİT rəhbəri Dəməşqə səfər edib
Bakının bəzi küçə və prospektlərində sıxlıq var