Menyu

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Nərmin Qocamanlı
Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi olan daha 18 gənci Türkiyədəki peşə dərnəklərində təcrübə kursu keçmək üçün qardaş ölkəyə yola salıb. Onlardan bir qismi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Qeyd olunub ki, agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində bu il 35 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər olmaqla 343 nəfər əlilliyi olan şəxsə peşə reabilitasiyası xidmətləri göstərilib.

Mərkəzə müxtəlif peşələr üzrə hazırlığa cəlb olunan gənclər Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına da göndərilir. Türkiyənin Ankara və Antalya şəhərlərində təşkil olunan həmin kurslara son illərdə bu kateqoriyadan olan 114 gənc yola salınıb.

Bu təcrübə səfərləri Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində və agentliyin Türkiyənin Fiziki Məhdudiyyətli Şəxslərin Dərnəkləri Federasiyası ilə birgə layihəsi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzaladığı memorandum əsasında və Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər