Vilayət Eyvazov Mingəçevirdə qəbul keçirəcək
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net