http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Son zamanlar geniş yayılan dəbdəbəli mərasim çadırlarına maraq niyə artıb?

24 İyun 2023 , 16:48
Son zamanlar geniş yayılan dəbdəbəli mərasim çadırlarına maraq niyə artıb?

Son zamanlar yas mərasimlərinin xərcinin artması açıq-aydın görünür. Qiymətlərin bahalaşması isə əlaqələndirilsə də, əslində yas mərasimlərində dəbdəbəli tendensiya yaranıb.

"Operativ Media” xəbər verir ki, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan çadırların qiyməti bahalaşıb. Əvvəlki dövrlərdə olan sadə çadırları indi daha dəbdəbəliləri əvəz edir. İndi yas çadırlarında böyük çilçıraqlar, bahalı xalçalar və boşqablar, təklif edilən 4 növ yemək və digər təamlar daha çox tələbata çevrilib.

"Operativ Media” bu dəbdəbəyə marağın və din xadimlərinin münasibətini öyrənib.

İlahiyyatçı alim Ağa Hacıbəyli deyir ki, israfçılıq həm yas yerlərində özünü göstərir, həm də ki, toy məclislərimizdə özünü göstərir. İnsanlarımız dəbdəbəyə daha çox aludə olmağa başlıyırlar. 

"İslam dini bir israf dini deyil. Bu din bir əqidə dinidir, tövhiq dinidir. İnsanları şüurlandırır, Allaha xidmət elətdirir. Kainat içindəki var olan hər şey insana xidmət edir, bu din də insana bir yöndə dərs verir ki, insan insana xidmət etsin, insan insana dərd verməsin. Amma nə edək ki, insan ölümlü bir varlıqdır. Müəyyən bir müddət sonra son nəfəsi verib axirət dünyasına köçüb gedirik. Bu baxımdan bir insanın axirəti üçün, aqibəti üçün, əbədi həyatı üçün çalışmasına ehtiyac var. Bu eyni zamanda o öz qəbri üçün də hazırlıq görməlidir. Necə ki bir insan bir toyuna hazırlıq görürsə, toyu üçün çalışırsa eynilə də əbədi həyatı üçün, gedəcəyi yer üçün də öz hazırlığını görməlidir. Dünyəviləşmə gerçəkdən artıq gündən günə hər tərəfdə özünü fərqli fərqli göstərməyə başlayır. Xüsusən də biz burda toy və yas mərasimlərini göstərmək istəyərdik.”

İlahiyyatçı bildirib ki, son zamanlar yas mərasimləri ilə bağlı çəkilən reklamlar da əməl və məqsədə tam ziddir.

"Bəzi reklamlarda belə görünür ki, yas mərasimləri ilə bağlı elə çəkici ifadələr işlədilir ki, gerçəkdən bunların dinimizlə, quranımızla heç bir yaxınlığı yoxdur. Biz ehsan niyə veririk? Biz ehsanı ona görə veririk ki, biz dünyasını dəyişmiş insanın ruhunu şad edək, onun ruhuna hədiyyə verək. Əgər məqsədimiz, məramımız, istək və arzumuz dünyadan köçmüş bir yaxınımızın, əzizimizin ruhunu şad etməkdirsə onu elə edək ki, onun ruhu həqiqətən şad olsun. Biz islam dininin xaricinə çıxmaqla şəriəti pozmaqla inanın Allahı məmnun etmirik və kimlərisə razı salmağa çalışırıq. Kiminsə nəfsi bizdən razı qalırsa, Allah bizdən razı qalmırsa, o əməllərimizin bir faydası qalmır.”

Din xadimi xüsusi vurğulayıb ki, çalışmaq lazımdır ki, toylardan tutmuş yas yerlərinə kimi israfçılığa qarşı ümumxalq hərəkatı olsun. 
“Çalışaq ki, bu israfçılığa getməyək. Axı biz israf qapılarını açdığımız zaman qohumlarımız, yaxın insanlarımızın alın tərini, əl əməyini vəba etmiş oluruq, hədər etmiş oluruq. Lazımdırmı insanları bu qədər əzab əziyyətə salmaq? Buna heç kəsin haqqı yoxdur. Ümid edirəm ki, ziyalı insanlarımız, düşünən adamlarımız bu məsələdə öz mövgelərini nümayiş elətdirəcək. Əslində buna qarşı ciddi bir mübarizə aparmaq lazımdır. Hər şeyin öz ölçüsü var. Ehsanı ehsan dərəcəsində vermək lazımdır, toyları da toy dərəcəsində keçirmək lazımdır”

OXŞAR XƏBƏRLƏR
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb

Prezident  Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

XƏBƏR LENTİ
  • 07:38

    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
  • 06:54

    ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır
  • 06:38

    “Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib
  • 06:20

    Yaponiya hökuməti tam tərkibdə istefa verib
  • 06:08

    Orxan Məmmədov milli üzvləri ilə görüşdü
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
Menyu